İş Rejimi 09:30-18:30

Haqqımızda

"A La Fourchette" brendi 2009-cu ildə yaranan "Seaport Catering" şirkətinin qolu olaraq banket və kofe-breyklərin təşkili ilə məşğuldur. Əsas missiyamız müştərilərimizə təhlükəsiz, keyfiyyətli və gigiyenik yeməklərlə xidmət göstərməkdir. Gözəl tərtibatla fərqlənən dadlı yeməklərimiz bizimlə bir dəfə əməkdaşlıq edən şirkəti daimi müştərimiz olmağa zövq edir. Yeməklərlə yanaşı süfrələrin dizaynına,qabların gözəlliyinə diqqət yetirən "A La Fourchette" müştərilərin özünə hər dəfə fərqli konsept ilə çıxır. Bizim imkanlarımız geniş xidmət spektri furşet zamanı müxtəlif əyləncələrin təşkili büdcənizdən aslı olmayaraq yüksək səviyyədə xidmət göstərilməsidir.

Qısa keÇmİş

2009‐cu ildən başlayaraq müştərilərinə bir‐birindən ləziz yemək çeşidləri təqdim edən "Seaport Catering" MMC üçün xidmət və yeməklərin keyfiyyəti, işçilərin və məkanın təmizliyi çox önəmlidir. Bugünə kimi minlərlə insanın keyfiyyətli yeməklə təmin edən "Seaport Catering" təcrübəli əməkdaşları ilə hər zaman müştərilərin xidmətində olub. Göstərdiyimiz yüksək xidmət müştərilərimiz və bu sahənin mütəxəssisləri tərəfindən hər zaman yüksək qiymətləndirilib. Bu təcrübə sübut edirki, yüksək standartlar əsasında milli mətbəximizin zəngin, ləziz təamlarını hazırlayan və sizlərə təqdim edən "Seaport Catering" müxtəlif qurumlar tərəfindən dəfələrlə sertifikatlaşdırılıb və təşəkkürnamələr, diplomlarla təltif olunub.

Şİrkətİn fəlsəfəsİ

"Seaport Catering" MMC olaraq biz öz fəaliyyətimizi qida təhlükəsizliyi, gigiyena sahəsində dünyanın ən nüfuzlu standartı olan HACCP (Hazard Analysis and Critical Control Points) standartına uyğun qurmuşuq.

BMT‐nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən də tövsiyyə olunan HACCP standartının tələblərinə iş prosesinin bütün mərhələlərində maksimum səviyyədə əməl etməyə çalışan "Seaport Catering"in əsas fəlsəfəsini qida təhlükəsizliyi, keyfiyyət və gigiyena təşkil edir.

Əməkdaşlarımız və nəzarət mexanİzmİ

Ərzaq məhsullarının alınmasından, yeməklərin hazırlanmasına və müştərilərə təqdim olunmasına kimi bütün fəaliyyətimizə peşəkar mütəxəssislər tərəfindən nəzarət edilir. Eyni zamanda işçilərimizi mütəmadi olaraq treninq və kurslara cəlb edərək peşəkarlıq səviyyələrini artırırıq. "Seaport Catering" olaraq təqdim etdiyimiz məhsulların təhlükəsizliyinə tam zəmanət veririk və müştərini keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək ketrinq şirkəti olaraq bizim əsas məqsədlərimizdən biridir. Bizim digər ketrinq şirkətlərindən fərqləndirən əsas xüsusiyyətimiz odur ki, biz iş prosesinin bütün mərhələlərində gigiyenik şərtlərə maksimum səviyyədə əməl etməyə çalışırıq.

MÜştərİlərə fərdİ yanaşma

Yeməklərimiz müştərilərimizin yaşına, səhhətinə, milliyətinə, dininə və eyni zamanda da iş şəraitinə uyğun hazırlanır. Məlumdur ki, əksər hallarda gənc və yaşlı nəslin yemək zövqü fərqli olur. Gənclər fastfudlara üstünlük verdikləri halda, yaşlı nəsil bu cür yeməklərdən az istifadə etməyə çalışır. Biz xəstəxanalarda müalicə olunan şəxslər üçün də xüsusi diyetik yeməklər hazırlayırıq. Yemək hazırlayarkən müştərinin milli və dini mənsubiyyətlərinə də həssaslıqla yanaşırıq.

Bildiyimiz kimi Azərbaycan əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edir. Bu səbəbdən istifadə etdiyimiz ət və ət məhsullarının halallığına, yəni heyvanların İslam dininin qaydalarına uyğun şəkildə kəsilməsinə xüsusi diqqət yetiririk. Biz həmçinin müştəriyə təqdim etdiyimiz menyunu onların iş şəraitinə uyğun hazırlayırıq. Ağır iş şəraitində işləyənlərin daha kalorili yeməklər yeməsi lazımdır ki, biz də menyularımızı buna uyğun hazırlayırıq.

Ərzaq təhlÜkəsİzlİyİ

Mənşəyi bilinməyən qidalardan istifadə etmirik. Biz yalnız qida bazarında marka olmuş və hər kəsin üstünlük verdiyi ərzaqlardan istifadə edirik. Məhsulların keyfiyyəti, təzəliyi bizim üçün çox əhəmiyyətlidir. Yeməklərin hazırlandığı məkanlara, ərzaq məhsullarının saxlanıldığı anbar və soyuduculara daima mütəxəssislərimiz tərəfindən nəzarət olunur. Bizim işimiz keyfiyyətli və təzə qida məhsullarını almaqla yekunlaşmır. Aldığımız ərzaq məhsullarının saxlanma şəraitinə xüsusi həssaslıqla yanaşırıq. Məhsulun təzəliyini qorumaq üçün ərzaqlar uyğun temperaturlarda saxlanılır.

Əhatə daİrəmİz

Azərbaycanın istənilən bölgəsində mobil mətbəxlərimizi ən yüksək səviyyədə quraraq 50000 nəfərə qədər işçini eyni anda və gün ərzində 10000 nəfərə qədər adamı yeməklə təmin edə bilirik. Bundan başqa "Seaport Catering" şirkətinin Bakıda, Gədəbəydə, Biləsuvarda, Ələtdə, Şəmkirdə, Gəncədə, Qaradağda, Xırdalanda və digər bölgələrdə mətbəxləri fəaliyyət göstərir. İşçi sayı az olan yerlərə də bu mətbəxlərdən peşəkar aşpazlar tərəfindən hazırlanan yeməkləri xüsusi qablarda çatdırırıq.

Əlamətdar gÜnlərİn yeməklə təmİnİ

Təqdimatlarda, açılışlarda, toplantılarda və əlamətdar günlərdə qonaqlarına dadlı və ləziz yeməkləri təqdim etmək hər kəsin arzusudur. Lakin, əlamətdar tədbirlərin unudulmaz olması üçün təqdim edilən yeməklər gündəlik istifadə olunan yeməklərdən fərqlənməlidir. Həm görünüşü, həm də dadının yaddaşlara həkk olması, qonaqlarınızın məmnun qalması üçün xüsusi reseptlərə və peşəkar aşpazlara ehtiyac var. Təqdim etdiyimiz "banket menyusu" vasitəsilə biz sizlərə və qonaqlarınıza yüksək səviyyədə xidmət göstərməyə hazırıq.