Dadlı Həyatın Fəlsəfəsi

Şirkət haqqında

“Seaport Catering“ MMC şirkəti 2009-cu ildən başlayaraq ictimai iaşə sahəsində fəaliyyət göstərir. Şirkətimiz üçün göstərilən xidmət və yeməklərin keyfiyyəti əsas prioritet istiqamətlərdəndir.

Fəaliyyətimizi qida təhlükəsizliyi və gigiyena sahəsində dünyanın ən nüfuzlu standartı olan HACCP (Hazard Analysis and Critical Control Points) standartına uyğun qurmuşuq.

Bu gün biz Azərbaycanın iaşə bazarında ən nüfuzlu və sürətlə inkişaf edən şirkətlər sırasındayıq. Fəaliyyət göstərdiyimiz müddət ərzində peşəkarlığımız, ciddi nəzarət edilmiş qida məhsullarımız, yüksək keyfiyyətli xidmətimiz və uğurlu təşkilatçılığımız ilə özümüzü nüfuzlu və inamlı iaşə xidməti göstərən şirkət olaraq təsdiqləmişik.

ISO 22000:2018 (Qida Təhlükəsizliyinin İdarəItmə Sistemi),
ISO 9001:2015 (Keyfiyyətin İdarə Olunması) və ISO 45001:2018 (İş Sağlamlığı və Təhlükəsizliyi Sistemi) kimi beynəlxalq sertifikatları əldə etməklə öz işimizdə beynəlxalq standartlarını tətbiq edirik.

Təcrübəmiz

Fəaliyyətimizin ilk günündən etibarən iaşə sahəsində bilik və təcrübəmiz işimizin əsasını təşkil edir. “Seaport Catering” ilə işləyərkən layihənizin ən təcrübəli yemək komandalarından biri tərəfindən mükəmməl şəkildə həyata keçiriləcəyinə əmin ola bilərsiniz!

Dürüstlük

Hər layihə biliklərimizə, bacarıqlarımıza və peşəkarlığımıza bir çağırışdır.

Yeni əməkdaşlıqları və müştərilərimizin qarşımıza qoyduqları tapşırıqları hər zaman məmnuniyyətlə qarşılayırıq. Çünki bu bizə daima irəli getməyə və təkmilləşməyə imkan yaradır

Bizim Partnyorlar

Şirkətimiz gün ərzində sənaye, tikinti, zavod, fabrik və təhsil müəssisələrində çalışan 10.000 + nəfər üçün yemək xidməti göstərməkdədir.

Əməkdaşlarımız və nəzarət mexanizmi

Bütün fəaliyyətimizə peşəkar mütəxəssislər tərəfindən nəzarət edilir. Eyni zamanda işçilərimizi mütəmadi olaraq təlimlərə və kurslara cəlb edərək peşəkarlıq səviyyələrini artırırıq.

İş prosesinin bütün mərhələlərində gigiyenik şərtlərə və operativliyə maksimum səviyyədə əməl etməyə çalışırıq.

Əhatə dairəmiz

Gün ərzində Bakı və rayonlarda müxtəlif sahələrdə işləyən 10,000 + insanı yeməklə təmin edirik. Bundan başqa Azərbaycanın bir çox bölgələrində mətbəxlərimiz fəaliyyət göstərir.

Keyterinq sərfəli və keyfiyyətli qidalanma deməkdir!

Müəssisələrin keytrinq şirkətləri kimi ərzaq məhsullarını topdan və aşagı qiymətə əldə etmək imkanları yoxdur.

Gigiyenik şərtlərə əməl etməklə dadlı və ləziz yeməklər hazırlamaq üçün bahalı mətbəx avadanlıqları almaq, onları mütəmadi olaraq yeniləmək və nəzarət etmək lazımdır. Bunları əldə etmək və saxlamaq isə böyük vəsait tələb edir.

Keyterinq ərzaq təhlükəsizliyi deməkdir!

Keytrinq şirkətlərinin üstün tərəflərindən biri və bəlkə də birincisi ərzaq təhlükəsizliyi ilə bağlıdır. Aydındır ki, mütəxəssis yoxdursa, alınan ərzaqların keyfiyyətinə nəzarət etmək və onları saxlamaq çətin olacaq. Məhz elə bu səbəbdən iş yerlərində tez‐tez qida zəhərlənmələri baş verir.

Niyə “Seaport Catering”?

Seçmək istədiyiniz keytrinq şirkətinin hansı markalardan istifadə etdiyi, ərzaq məhsullarının hansı şəraitdə saxlanıldığı və ondan necə istifadə edildiyi ətraflı araşdırılmalıdır.

Bütün bunlardan əlavə keytrinq şirkətinin müvafiq dövlət orqanlarından aldığı rəsmi icazələrə, hansı şirkətlərlə əməkdaşlıq etdiyinə, İSO sertifikatına sahib olub-olmadığına diqqət etmək lazımdır. Və təbii ki, gigiyena qaydalarına və ərzaq təhlükəsizliyinə də xüsusi diqqət yetirilməlidir.

Niyə “Seaport Catering” şirkətini seçməlisiniz?
Bu suala aşağıda cavab tapa bilərsiniz:

Ərzaq təhlükəsizliyi
ISO 22000:2018
ISO 9001:2015
ISO 45001:2018
Bir neçə menyu seçmək imkanı
Peşəkar mütəxəssislər tərəfindən ciddi nəzarət edilən qida məhsulları
İaşə sahəsində zəngin bilik və təcrübə
Yüksək keyfiyyətli xidmət
Peşəkar komanda

Şirkət haqqında təqdimat